XƏBƏRLƏR / Hava

Bu gün 43 dərəcə isti olacaq

 Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Bu gün 43 dərəcə isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

     Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.