XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda boşanmalar artıb

Nikahlar isə azalıb

Azərbaycanda boşanmalar artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb.

    Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.