Azərbaycanda bu il hasil edilən neft və qazın həcmi
Energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft-kondensat hasilatı 4,5 mln. ton, ixracı isə 3,7 mln. ton olub.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, İki ayda 8,1 mlrd. kubmetr qaz hasil edilib, 3.8 mlrd. kubmetr qaz isə ixrac olunub.
“Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,5 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,7 mln. ton olub. İki ayda 8,1 mlrd. kubmetr qaz hasil edilib, 3,8 mlrd. kubmetr qaz isə ixrac olunub”, - paylaşımda qedy olunur.