XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda əhalinin sayı artıb

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Azərbaycanda əhalinin sayı artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ildə ölkə əhalisinin sayı 44119 nəfər və ya 0,4 faiz artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 10224889 nəfərə çatıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Qeyd edilib ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

    Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarına daimi yaşamaq üçün Azərbaycana gələn 3016 nəfər tərəfindən müraciət daxil olub.

    Qeyd edilib ki, Azərbaycandan isə 2298 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 718 nəfər təşkil edib.