Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır?
"Global Stats" statistika mərkəzi xəbər verir
2023-cü ilin fevral ayında Facebook sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinin aktivliyi yanvar ayı ilə müqayisədə 1,03 faiz azalaraq 28,54 faizə düşüb.
"Trend" bu barədə "Global Stats" statistika mərkəzinə istinadən xəbər verir.
Bu göstəriciyə görə ikinci yerdə Instagram dayanır. Onun payı 1,35 faiz artaraq 24,48 faizə çatıb.
Üçüncü yerdə 23,49 faizlə YouTube gəlir (2,01 faiz artım).
Bu göstəriciyə görə dördüncü yerdə "Pinterest" sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 1,52 faiz azalaraq 12,95 faizə düşüb.
Twitter media paltforması 7,73 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yer tutub (ay ərzində 0,33 faiz azalma).
Reytinqdə altıncı yeri 0,8 faiz göstərici ilə Linkedin tutub.
Digər sosial şəbəkələrin payı 2,02 faiz təşkil edib.