Mask twitteri almaq üçün borc götürüb
Bu barədə “The Wall Street Journal” məlumat yayıb
Tviterin sahibi İlon Mask sosial şəbəkəni satın aldığı vaxtda SpaceX şirkətindən 1 milyard dollar borc götürüb.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin əldə etdiyi sənədlərə görə, “SpaceX” Maska məxsus “SpaceX” səhmlərinin bir hissəsi ilə təmin edilmiş krediti 2022-ci ilin oktyabrında təsdiqləyib.
Daha sonra Mask 2022-ci ilin noyabrında xüsusi razılaşma çərçivəsində pulu faizlə şirkətə qaytarıb.
Qəzetin yazdığına görə, Maskın kapitalının likvidliyi məlum deyil, çünki onun böyük hissəsi “Tesla”, “SpaceX” və digər startapların səhmləri ilə bağlıdır.