"Crocus"da terror aktı zamanı FSB agentləri olub!!!" VIDEO
Rusiyadakı sosial şəbəkə istifadəçiləri hadisə vaxtı çəkilmiş videoları diqqətlə izləyərək belə qənaətə gəliblər
Rusiyadakı sosial şəbəkələr istifadəçıləri hesab edirlər ki, "Crocus"da terror aktı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) agentləri olub.
İstifadəçilərdən biri yazır: "Piknik" qrupunun konsertinin keçirilməli olduğu zalda bütün digər tədbirlərdə olduğu kimi, FSB agentləri də olub. Hətta eyni paltar geyiniblər: mavi sviter və cins şalvar.
Videoda tamaşaçı adı altında zalda əyləşənlərin yaxşı koordinasiya olunduğu görünür. Və əmr verirlər: "Qapıları bağlayın!" və "Bağlıdır?" Bu zaman terrorçular artıq aşağıda olub və insanlara atəş açıblar".