Türkiyədə instaqrama girişin bağlanmasının səbəbi
Bu barədə Türkiyə KİV-i məlumat yayıb
Türkiyədə instaqram sosial şəbəkəsinə giriş bağlanıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, şəbəkəyə giriş məhdudlaşdırılıb.
Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara instaqramın qadağa qoyması göstərilir.
Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da məsələyə münasibət bildirib: “İnsanların başsağlıqlarına görə ölkədə instaqrama girişin məhdudlaşdırılmasını şiddətlə qınayıram. Bu, konkret olaraq senzuradır”.