XƏBƏRLƏR / Sosial şəbəkələr

Durov 5 milyon avro girov qarşılığında buraxılıb YENİLƏNİR

Ona Fransa ərazisini tərk etmək qadağan edilib

Durov 5 milyon avro girov qarşılığında buraxılıb YENİLƏNİR
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:34

    "Telegram"ın həmtəsisçisi Pavel Durova qarşı ittiham irəli sürülüb və o məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

    Bu barədə Fransanın Agence France-Presse (AFP) agentliyi Paris prokurorluğunun yaydığı bəyanata istinadən məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, Durova Fransa ərazisini tərk etmək qadağan edilib, o, 5 milyon avro məbləğində girov ödəməlidir.

    "O, 5 milyon avroluq girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə məhkəmə nəzarəti altına alınıb və Fransa ərazisini tərk etmək qadağan edilib", - prokurorluğun bəyanatında deyilir.

    Xatırladaq ki, Durov əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham olunub.

    ***

    06:56

    Paris məhkəməsi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovu əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham edib.

    Bu barədə Paris prokurorluğunun məlumatında deyilir.

    Söhbət xüsusən də hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina, uşaq pornoqrafiyasının yayılmasında şəriklik, narkotik alveri, həmçinin mütəşəkkil dəstənin tərkibində dələduzluqdan gedir.

    Bunda başqa qeyd olunub ki, Fransız müstəntiqləri “Telegram” sosial şəbəkəsinin məhkəmə sistemi ilə əməkdaşlıq etməməsi səbəbindən 2024-cü ilin fevralında ilkin araşdırmaya başlayıb.

    İlkin istintaq 2024-cü ilin fevralında Paris prokurorluğunun göstərişi ilə başlayıb və ilkin istintaq hərəkətləri OFMIN (Yetkinlik yaşına çatmayanların müdafiəsi ofisi) tərəfindən əlaqələndirilib.