Telegram sosial şəbəkəsi artıq məxfiliyə riayət etmir
Bu barədə şəbəkənin təsisçisi Pavel Durov bildirib
"Telegram" qaydalarını pozan şəxslərin IP ünvanları və telefon nömrələri əsaslı hüquqi sorğulara cavab olaraq müvafiq orqanlara açıqlana bilər.
Bu barədə Pavel Durov bildirib.
"Telegram" beynəlxalq hüququn tələblərinə uyğun olaraq məxfilik siyasətini yeniləyib.
Platformaya qarşı açılan cinayət işinin bir hissəsi olaraq Fransanı tərk edə bilməyən Durov "Telegram"da axtarışın əvvəllər qeyri-qanuni mal satmaq üçün istifadə şərtlərini pozan insanlar tərəfindən istifadə edildiyini söyləyib (Aİ-də tədbiq narkotik alışını asanlaşdırmaqda ittiham olunurdu).
"Telegram"ın təsisçisinin sözlərinə görə, moderatorlar qrupu süni intellektdən istifadə edərək axtarış zamanı aşkar edilən bütün “problemli məzmunu” silib.