XƏBƏRLƏR / Sosial şəbəkələr

“TikTok”a giriş bərpa edildi

Ötən gün “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi

“TikTok”a giriş bərpa edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda “TikTok” sosial şəbəkəsinə giriş bərpa edilib.

    Sosial şəbəkəyə qoyulan məhdudiyyət aradan qaldırılıb.

    Xatırladaq ki, ötən gün “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. "19 sentyabr tarixindən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır", - məlumatda deyilir.