XƏBƏRLƏR / Sosial şəbəkələr

Pakistan qırıcıları İlham Əliyevin təyyarəsini müşayiət edib

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yazıb

Pakistan qırıcıları İlham Əliyevin təyyarəsini müşayiət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən Pakistan qırıcıları havaya qaldırılıb.

    Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.

      “Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir”, - o bildirib.