Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlanıb
Energetika Nazirliyi xəbər verir

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,6 min ton və ya 570 min barel olub.
Energetika Nazirliyindən verilən məlumata görə, bunun 61,9 min tonunu (457 min barel) xam neft, 13,7 min tonunu (113 min barel) kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.
Beləliklə, Azərbaycan mart ayında "OPEC+" çərçivəsində kvotasından 94 min barel və 12 359 ton geri qalıb.