Azərbaycanda İllik inflasiya və orta əmək haqqı açıqlanıb
Dövlət Statistika Komitəsi xəbər verir
Dövlət Statistika Komitəsi:
- Azərbaycanda 5 ayda illik inflyasiya 0,6% təşkil edib
Cari ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrünə nisbətən 100,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,2 faiz təşkil edib. əhali - 102,4%.
Cari ilin may ayında istehlak qiymətləri indeksi illik müqayisədə 100,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 98,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 101 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib.
Ötən ay istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3 faiz təşkil edib. May ayında qeyri-ərzaq məhsulları üzrə bu göstərici 100,2 faiz, əhaliyə göstərilən pullu xidmətlər üzrə isə 100,5 faiz təşkil edib.
- Azərbaycanda orta aylıq əmək haqqı 1 min manatı ötüb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1007,5 manat təşkil edib.
Mədənçıxarma sənayesi, maliyyə və sığorta, elmi-texniki fəaliyyət, informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı nisbətən yüksək olub.
Bu il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,7 min nəfər olub, onlardan 897 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 852,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,4 faizi səhiyyə və sosial xidmətlər, 6,7 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta sektorlarında, 14,5 faizi iqtisadiyyatın digər sahələrində çalışanlardır.