Auditdən sonra USAID proqramlarının 83%-i ləğv edilib
Bu barərədə ABŞ Dövlət katibi Marko Rubio bildirib

Altı həftəlik auditdən sonra USAID proqramlarının 83%-i ləğv edilib. "Qalan proqramların idarə edilməsi ABŞ Dövlət Departamentinə veriləcək", - deyə Dövlət katibi Marko Rubio bildirib.
“Hazırda ləğv edilən 5200 müqavilədə on milyardlarla dollar ABŞ-ın milli maraqlarına uyğun deyil (bəzi hallarda hətta buna zidd) xərclənib”, - o, "X" sosial şəbəkəsində yazıb.
Rubio həmçinin qeyd edib ki, “Konqreslə əməkdaşlıq edərək, biz saxladığımız proqramların qalan 18%-nin (təxminən 1000) indi Dövlət Departamenti tərəfindən daha effektiv idarə olunmasını təmin etmək niyyətindəyik”.
O, ABŞ-ın xarici yardım islahatını “tarixi” adlandırıb və İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinə (DOGE) minnətdarlığını bildirib.