XƏBƏRLƏR / Hava

Azərbaycanda isti hava şəraiti avqustun 17-dək davam edəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib

Azərbaycanda isti hava şəraiti avqustun 17-dək davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidmətinin avqustun 13-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, havanın maksimal temperaturu avqustun 12-də Bakıda iqlim normasından 6 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 40 dərəcəyədək, dağlıq rayonlarda 34 dərəcəyədək isti olub.

    İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir.