XƏBƏRLƏR / Hava

Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti tərəfindən xəbərdarlıq verilib

Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 2-3-də bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

    Sarı xəbərdarlığa uyğun olaraq Qazax, Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Gədəbəy, Ağdam, Yevlax, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Culfada şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Mingəçevir, Daşkəsəndə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.