XƏBƏRLƏR / Hava

İstanbul Boğazında dumana görə gəmi hərəkəti dayandırılıb

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb

İstanbul Boğazında dumana görə gəmi hərəkəti dayandırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbul Boğazında gəmi hərəkəti iki istiqamətdə dayandırılıb

    Türk KİV-ləri xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

    Məlumata görə, İstanbul Boğazında məhdud görünüşə səbəb olan sıx duman səbəbindən gəmi hərəkəti iki istiqamətdə və müvəqqəti olaraq dayandırılıb.

    Xəbərə görə, boğazın bağlanmasına səbəb, gəmilərdən qarşını görmə imkanını məhdudlaşdıran yoğun dumandır. Yaxın saatlarda boğazın yenidən açılacağı gözlənilir.