Azərbaycanda nikahların da, boşanmaların da sayı azalıb
Son vaxtlaradək boşanmaların sayının kəskin artmasını ekspertlər nə ilə əlaqələndirir?
Azərbaycanda 2024-cü ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30 788 nikah və 14 248 boşanma halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,0-dən 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə qədər azalıb.
Boşanmaların sayının kəskin artması ekspertlər azad edilmiş ərazilərə qayıdan bəzi cütlüklərlə əlaqələndirir. Ailə süni boşanırdı ki, alacaqları ev/mənzil şəraitini daha da yaxşılaşdırsınlar. Məsələ kütləvi hal aldığına görə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə keçmiş qaçqın ailələrindən boşanma ərizəsi qəbul etməməyə dair qeyri rəsmi tapşırıq verilib.
Dövlət Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 28 833 nəfər və ya 0,3% artaraq 10 209 603 nəfərə çatıb. Azərbaycan əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.