Xankəndi yaxınlığında baş vermiş partlayışda 20 nəfər ölüb
Erməni mənbələri 290 yaralının olduğunu yazır
Sentyabrın 25-də Qarabağın Xankəndi-Əsgəran yolunda yanacaqdoldurma məntəqəsində baş vermiş güclü partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 290 xəstə tibb mərkəzlərinə yerləşdirilib.
Yeddi xəstənin həyatını xilas etmək mümkün olmayıb və onlar xəstəxanada dünyasını dəyişib.
Partlayış nəticəsində xəsarət alan onlarla xəstənin vəziyyəti hələ də ağırdır.
Şəxsiyyəti məlum olmayan 13 cəsəd meyitxanaya təhvil verilib. Partlayış nəticəsində yanıqlar aldığı üçün bir çox insan itkin düşüb.
Qeyd edək ki, hadisə yerində Azərbaycanın da təcili yardım maşını işləyir və tibb heyəti Xankəndi yolunda baş vermiş bu ağır hadisədə yaralıların həyatını xilas etmək üçün əllərindən gələni edirlər.