XƏBƏRLƏR / Din

Azərbaycanda ravvinlərin böyük konfransı keçiriləcək

Bu barədə AİA Global News nəşri məlumat yayıb

Azərbaycanda ravvinlərin böyük konfransı keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın sonunda Azərbaycanda İsrailin baş ravvinləri də daxil olmaqla dünyanın hər yerindən yüzlərlə məşhur ravvinlərin iştirakı ilə böyük konfrans keçiriləcək. Qeyd olunur ki, ölkədə üç gün davam edəcək tədbiri ravvin Pinças Qoldşmidtin rəhbərliyi ilə Avropa Ravvinləri Konfransı (CER) keçirəcək.

    Bu barədə Azerbaijani-Israeli Alliance Global News: yazıb.

    Nəşrin eksklüziv məlumatına görə, bu konfransda əsas müzakirə mövzularından biri Azərbaycanın İbrahim razılaşmalarına potensial daxil olması olacaq. Məqalədə vurğulanır: “Həm konfrans zamanı, həm də ondan əvvəl bir sıra tədbirlər və seminarlar bu mövzuya həsr olunacaq."