Roma Papası ilk dəfə xarici səfərə - Türkiyəyə gedəcək
Bu barədə "Reuters" Vatikana istinadən məlumat yayıb

Roma Papası XIV Leo noyabrın sonunda Türkiyə və Livana səfər edəcək.
Bu barədə "Reuters" Vatikana istinadən məlumat yayıb.
Bu, 1,4 milyard üzvü olan Katolik Kilsəsinin yeni liderinin İtaliyadan kənarda ilk səfəri olacaq.
Papa Leo noyabrın 27-dən 30-dək Türkiyəyə, daha sonra noyabrın 30-dan dekabrın 2-dək Livanda olacaq.
Səfər zamanı onun Yaxın Şərqdəki xristianların problemlərinə toxunacağı və bütün regionu sülhə çağıracağı gözlənilir.