XƏBƏRLƏR / Din

Erməni kilsəsi erməni xalqını revanşizmə hazırlayır

Bunu Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq elmi konfransda bəyan edib

Erməni kilsəsi erməni xalqını revanşizmə hazırlayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda “İslamofobiya: qərəzlərin ifşası və stiqmaların məhv edilməsi” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib:

    Erməni kilsəsi erməni xalqını sülhə yox, revanşizmə hazırlayır.

    Vaxtilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında baş verən ən böyük faciələrdən biri də məscidlərin, ibadət ocaqlarının dağıdılmasıdır.

    QMİ sədri bəyan edib ki, azərbaycanlıların öz doğma torpaqlarından qəsdən qovulması ilə yanaşı, 300-dən çox ibadət yerinin olduğu Qərbi Azərbaycanda İrəvan Ağsaqqalının fəaliyyətinin dayandırılması Ermənistandakı islamafobiya nümunəsidir.

    "Lakin QMİ-nın Ağsaqqallar Şurasının mayın 22-də keçirilən iclasında İrəvan ağsaqqallığının fəaliyyətinin bərpası barədə qərar qəbul edilib.

    İslamdan siyasi məqsədlər üçün istifadə edənlərə qarşı birgə mübarizə aparmaq lazımdır.

    Milli-mənəvi dəyərlər xalqımızın sərvətidir, onu yad təsirlərdən qorumaq lazımdır. Fransa, Danimarka, İsveçrə və digər ölkələrdə islamofobiya geniş yayılıb" - deyə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib.