Azərbaycanda uşaqlar arasında Koksaki virusu yayılıb
Bir çox valideynlər bunu qızılca ilə səhv salırlar
39 saylı şəhər poliklinikasının infeksionisti İlhamə Abbasova @AzeSputnik-ə bildirib ki, bu, qızılcaya bənzər təhlükəli virusdur.
Hava yolu ilə yayılır və onun da səpgisi olduğu üçün bir çox valideynlər bunu qızılca ilə səhv salırlar.
Yoluxduqda uşağın temperaturu 37-37,5 dərəcəyə qədər yüksəlir. Ağız ətrafında, ovuc içi və ayaq altı səpgilər əmələ gəlir. Xəstəlik bir həftədən on günə qədər davam edir.
Koksaki (Coxsackie) əsasən uşaqlar arasında rast gəlinir. Bununla belə, həm Koksaki, həm də qızılca ilə yoluxmuş xəstələr var.
"Xəstə yemək və sudan imtina edərsə, hərarəti 39-39,5 dərəcəyə qalxarsa, xəstəxanaya yerləşdirilməlidir. Çünki ikiqat üçlü virusa yoluxma pnevmoniya, meningit, ensefalit kimi ağırlaşmalara səbəb ola bilər", - Abbasova qeyd edib.