XƏBƏRLƏR / Sağlamlıq

Bakıda oyun zalında yanğın olub, xəsarət alan var

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib

Bakıda oyun zalında yanğın olub, xəsarət alan var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakının Nərimanov rayonunda oyun zalında yanğın olub, xəsarət alan var.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan obyektin (oyun zalı kimi fəaliyyət göstərir) sahəsi 10 m² olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

    Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.