BQXK Türkiyə nümayəndəliyi vətəndaşları qan verməyə çağırdı
Bu barədə təşkilatın Türkiyə nümayəndəliyinin rəhbəri Kərəm Kınık məlumat verib
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Türkiyə nümayəndəliyi vətəndaşları qan verməyə dəvət edib. Bu barədə təşkilatın Türkiyə nümayəndəliyinin rəhbəri Kərəm Kınık məlumat verib.
“İlkin mərhələdə təchizat üçün kifayət qədər qan ehtiyatımız var, lakin növbəti mərhələdə ehtiyacı qarşılamaq üçün vətəndaşlardan gün ərzində qan verməyi xahiş edirəm”, – deyə Kınık bildirib.