Sabirabadda 11 şagird və bir müəllim zəhərlənib
Bu barədə Sabirabad rayon prokurorluğundan bildiriblər
Sentyabrın 25-də Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 şagird və bir müəllim olmaqla, cəmi 12 nəfər şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabirabad rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.
Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.