XƏBƏRLƏR / Sağlamlıq

Şamaxıda toyda kütləvi zəhərlənmə olub YENİLƏNİB

Hadisə Məlikçobanlı kəndində baş verib

Şamaxıda toyda kütləvi zəhərlənmə olub YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:07

    Şamaxıda toyda qeydə alınan kütləvi zəhərlənmə hadisəsinin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

    Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyanı sahədə keçirilən toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

    İlkin ehtimallara əsasən, hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    ***

    09:32

    Şamaxıda toyda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

    Şamaxının Məlikçobanlı kəndində keçirilən toydan sonra 21 nəfər özünü narahat hiss edib. Şamaxı Rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərə ilkin tibbi yardım göstərilib.

    Hazırda xəstələrin vəziyyətinin normal olduğu bildirilir.

    İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub. 

    Faktla bağlı araşdırma aparılır.