XƏBƏRLƏR / Sağlamlıq

Qəzzadakı xərçəng xəstələri Türkiyəyə gətirildi FOTO / VİDEO

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlayıb

Qəzzadakı xərçəng xəstələri Türkiyəyə gətirildi FOTO / VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 7 oktyabrdan bəri müharibənin davam etdiyi Fələstinin Qəzza zolağından xərçəng xəstələri təxliyə olunaraq Türkiyəyə gətirilib.

    TRT xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlayıb.

    Xəstələr "Rəfah" keçid məntəqəsi vasitəsilə Misirə, oradan isə Türkiyəyə daşınıb. Qəzzalı xəstələrin müalicəsi Bilkent şəhər xəstəxanasında davam etdiriləcək.