Gəncədə sirkə turşusu içən 21 yaşında qız xəstəxanada ölüb
Onun vəziyyəti ağır olduğundan Bakı gətirilmişdi

2004-cü il təvəllüdlü N. Məmmədova Gəncə şəhərində yaşadığı evdə martın 26-da sirkə turşusu içib.
Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Onun vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib. N.Məmmədova 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirib.
Faktla bağlı araşdırma aparılır.