Sağlamlıq üçün təhlükəli olan çimərliklərin adları açıqlanıb
Yüksək bakterioloji çirklənən çimərliklərin istifadə edilməsi qadağan edilir
Azərbaycanda sağlamlıq üçün təhlükəli olduğu çimərliklərin adları açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir:
- Laborator tədqiqatların nəticələrinə əsasən müəyyən edilib ki, Bakı şəhərinin Buzovna, Zaqulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgə və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri norma səviyyəsində müəyyən edilib.
- Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan və Sumqayıt şəhərinin çimərliklərinin sanitar mühafizə zonalarında, eyni zamanda şimal sahilində Respublika zonasında (Yalama, Nabran, İstisu və Seyidli kəndi), o cümlədən cənub bölgəsinin çimərlik ərazilərində (Lənkəran və Astara rayonları) dəniz suyunun keyfiyyətinin monitorinqi aparılıb. Laboratoriya tədqiqatları üçün götürülmüş dəniz suyu nümunələrinin təhlili əsasında müəyyən edilmişdir ki, sanitariya-mühafizə zonalarına axıdılan çirkab sularla dənizin intensiv çirklənməsi davam edir və bu çimərliklərdə dəniz suyunun mikrobioloji çirklənmə göstəriciləri mövcud standartların tələblərinə cavab vermir.
- 2023-cü ilin çimərlik mövsümündə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığını, eləcə də əhali arasında yoluxucu xəstəliklərin yaranması və yayılması riskini nəzərə alaraq, müvəqqəti Səbail rayonunun Şıx sahilindən, Sahil Qaradağ rayonu, Hövsan Suraxanı rayonu, Türkan Xəzər rayonu, Pirşağı Sabunçu rayonu, Sumqayıt şəhəri, respublikanın şimal sahil zolağı (Yalama, Nabran, İstisu və Seyidli kəndləri), cənub bölgəsi (Ləkəran və Astara rayonları) və bu ərazilərdə qanunsuz isttrahət ərazilərinin çimərliklər kimi istifadə edilməsi qadağan edilsin.