QTA İranın quru əriklərinin idxalına qadağa qoydu
Qida Təhlükəsizliyi Agentliyi 1060 kiloqram ərik qurusunda artıq miqdarda kükürd dioksid aşkar edib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "Sodaz" Məhdud Məsuliyyətli Cəmiyyətinin İrandan idxal etdiyi 1060 kiloqram ərik qurusunu ölkəyə buraxmayıb.
Bunun səbəbi Qida Təhlükəsizliyi İnstitutu laboratoriyasının sözügedən şirkətin gətirdiyi ərik qurusu nümunələrində normadan artıq miqdarda kükürd dioksid aşkar etməsidir.
İstehlak üçün yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənarda məhv edilməsi barədə qərar qəbul edilib.
"Sodaz" şirkətinin quru ərik məhsullarının idxalına müvəqqəti qadağa qoyulub. Bu barədə İranın müvafiq orqanlarına məlumat verilib.