Azərbaycanın İranla sərhədində radiasiya fonu dəyişməyib
Fonun səviyyəsiniTəbii Sərvətlər Nazirliyinin müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyası müəyyənləşdirir

Azərbaycanın İranla sərhədində radiasiya fonunda dəyişiklik yoxdur, jurnalistlərə azərbaycanlı ekoloq Əmin Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin laboratoriyalarının əməkdaşları müasir avadanlıqlardan istifadə etməklə respublikanın İranla sərhədlərində radiasiya fonunun səviyyəsini müəyyənləşdirirlər.
"Bu proses İran ərazisinə raket zərbələrinin endirilməsinin ilk günlərindən başlayıb. Bu gün səhər saatlarından etibarən monitorinqlər gücləndirilib", - ekoloq qeyd edib.