İyun ayında maqnit qasırğalarının günləri
2024-cü ilin yay ayları Günəş aktivliyinin pik nöqtəsi olacaq
Alimlər bildirirlər ki, 2024-cü ilin yay ayları maqnit qasırğaları ilə müşayiət olunan Günəş aktivliyinin pik nöqtəsi olacaq.
Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının məlumatında bidirilir ki, alimlər iyun ayında bir sıra maqnit qasırğalarının olacağını, iyunun 16-17-də aktivliyin pik nöqtəyə çatacağını proqnozlaşdırırlar (G4). Bundan başqa, 1-2 iyun (G3), 8-12 iyun, 19-20 iyun, 23 iyun, 28-29 iyun tarixlərində daha az intensiv qasırğalar gözlənilir.
Bundan əlavə, Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, Yerin maqnitosferi iyunun 4-də və 7-də, həmçinin bu ayın ortalarında - iyunun 13-14-də sakit olacaq.
Həmçinin 2024-cü ilin iyununda planetlərin paradını və Günəş aktivliyinin 11 illik dövrünün zirvəsini görəcəyik. Bu məlumat Günəş ləkələri məlumatları və Kosmik Hava Proqnozları Mərkəzinin proqnozları ilə təsdiqlənir.