Nazirlər Kabineti karantin rejimini uzatdı
Koronavirus statistikası isə aşağı olaraq qalır
Koronavirus infeksiyasının (COVID-19) ölkə ərazisində yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 may 2023-cü il saat 06:00-dək uzadılıb. Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejiminin müddəti 1 mart 2023-cü il saat 06:00-dək uzadılmışdır.
Koronavirus statistikası isə aşağı olaraq qalır.
Azərbaycanda son 24 saat ərzində 37 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər vəfat edib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın fevralın 21-nə olan məlumatında deyilir. Hazırda ölkədə aktiv xəstələrin sayı 145 nəfərdir.