XƏBƏRLƏR / Sağlamlıq

Həmid Herisçinin son durumu

Yazıçı-jurnalist qızılcaya yoluxub

Həmid Herisçinin son durumu
Həmid Herisçi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:43
    1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Heriscinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub. Məlumatı TƏBİB yayıb. 
    ***
    Şair, publisist, aparıcı Həmid Heriscinin vəziyyəti ağır deyil. Bunu Həmid Herisçinin həyat yoldaşı İlhamiyyə Rza sosial şəbəkədə yazıb: "Həmidin vəziyyəti ağır deyil, qizdirması tam duşməsə də azalıb".
    Xatırladaq ki, Həmid Herisçi qızılcaya yoluxub. Onun müalicəsi keçən həftədən Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.