X Qlobal Bakı Forumunun panel iclası keçirilir
Forum İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini növbəti panel iclasları ilə davam etdirir. Forum çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda növbəti panel iclası keçirilir.
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti Rozen Plevneliyevin moderatorluğu ilə keçirilən panel iclasında BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini Nacat Moxtar, 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Hadassa Tibb Mərkəzinin baş direktoru Yoram Veys çıxış edirlər.
Bundan əlavə, panel iclasında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus və Birləşmiş Krallığın 2007-2010-cu illərdə Baş naziri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi; ÜST-nin Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri Qordon Braunun videomüraciəti dinləniləcək.