Böyük Britaniya kralı III Çarlz prostat vəzinin böyüməsi ilə bağlı müalicə aldıqdan sonra Londonda xəstəxanadan buraxılıb.
Bu barədə CNN xəbər yayıb.
Bukingem Sarayı 75 yaşlı monarxın xəstəxananı tərk etdiyini və onun qarşıdan gələn ictimai görüşlərinin "sağalma müddətinə imkan vermək üçün" yenidən planlaşdırıldığını söyləyib.
Saray əlavə edib ki, o, həkim heyətinə və xəstəxanaya gəlişini dəstəkləməkdə iştirak edən hər kəsə təşəkkür edib və son günlərdə aldığı bütün xoş ismarıçlara görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Kral prostat vəzindən əməliyyat olunmuşdu.
Onun gəlini, Uels şahzadəsi Ketrin də iki həftə əvvəl Londonda qarnından əməliyyat olunmuşdu.