COVID-19-un törədicisi Çinin laboratoriyasında yaranıb
Bu ABŞ Konqresinin alt komitəsinin araşdırmasında deyilir
ABŞ Konqresinin alt komitəsinin araşdırması nəticəsində müəyyən edilib ki, COVID-19-un törədicisi Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb.
Bu barədə "Fox News" xəbər verir.
520 səhifəlik hesabatın hazırlanmasına 2 il vaxt sərf olunub.
Yekun hesabata görə, koronavirus çox güman ki, Çinin Uhan şəhərindəki bir laboratoriyada yaranıb.
Laboratoriya mənşəli nəzəriyyəni dəstəkləyən hesabatda alt komitənin virusun təbiətdə olmayan bioloji xüsusiyyətlərə malik olduğuna inandığı bildirilib.