***
27.01.2024
13:34
TƏBİB məlumat yayıb: 1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Heriscinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir. Səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.
Qeyd edilib ki, Həmid Heriscinin vəziyyəti TƏBİB və Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin diqqətindədir.
***
27.01.2024
10:45
"Həmid xəstəxanaya gələndə danışa bilmirdi. Dünən axşam danışmağa başlayıb. Şükür, vəziyyəti düzəlməyə doğru gedir. Beş gün idi qızdırması düşmürdü". Bunu ANS Press-ə in yazıçı-jurnalist Həmid Herisçinin həyat yoldaşı İlhamiyyə Rza deyib.
Xatırladaq ki, Həmid Herisçi qızılcaya yoluxub. 1960-cı il təvəllüdlü Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə yanvarın 26-da saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.
Pasientin vəziyyəti dünən ağır qiymətləndirilirdi.
Qeyd edək ki, Həmid Herisçi uzun illər ANS TV-də işləyib və indi də ANS Press-in bloq yazarlarından biridir.