BQXK 12 xəstəni Qarabağdan Ermənistana apardı
Bu barədə "Sputnik Armenia" xəbər verir
Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağdan təcili əməliyyata olunacaq 12 nəfəri müalicə üçün Ermənistana aparıb.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər müalicə olunmaq üçün İrəvana göndərilən daha 6 nəfər müşayiətçiləri ilə birlikdə Xankəndiyə qayıdıb.
Qeyd olunub ki, ümumilikdə, Laçın yolundakı aksiya başlayandan bəri Qarabağdan Ermənistana 365 pasient aparılıb.