Bakıdakı özəl İran klinikası bağlanıb
Sakinlərin sözlərinə görə, sözügedən İran klinikası mart ayından fəaliyyətini dayandırıb
İranın Bakıdakı klinikası bağlanıb.
Klinikaya müraciət edən əməkdaşlarımız klinikanın bağlı olduğunu müşahidə ediblər. Sakinlərin sözlərinə görə, sözügedən İran klinikası mart ayından fəaliyyətini dayandırıb.
Əməkdaşlarımız yaxınlıqda fəaliyyət göstərən obyekt sahiblərindən də klinikanın bağlanıb-bağlanmadığını dəqiqləşdirib. Hər kəs eyni sözü deyib: Klinika bağlanıb!
Klinikanın görüntülərindən də aydın görünür ki, adı (İran klinikası) tamamilə divardan sökülüb ("Trend").
Səhiyyə Nazirliyindən bildirilib ki, İran klinikasında plandankənar yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Həmin nöqsanların aradan qaldırılması məqsədi ilə qanuna müvafiq olaraq klinikaya müddət verilib. Növbəti yoxlamalar zamanı aşkarlanan nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadığı məlum olub. Bunları nəzərə alaraq müvafiq materiallar aidiyyatı üzrə lisenziya verən dövlət qurumuna təqdim edilib.