XƏBƏRLƏR / Sağlamlıq

Qazaxda 23 yaşlı oğlan minaya düşüb YENİLƏNİB

Hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb

Qazaxda 23 yaşlı oğlan minaya düşüb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:39

    Oktyabrın 14-də Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində mina hadisəsi baş verib.

    Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərindən bildirilib ki, kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

    Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra icra edilir.

    Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

    ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

    ***

    11:46

    Qazaxda mülki şəxs minaya düşüb.

    Hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü İlkin Sarıyev kənd ərazisində minaya düşərək xəsarət alıb.

    O, xəstəxanaya yerləşdirilib.