XƏBƏRLƏR / Sağlamlıq

TƏBİB Ağstafada toyda zəhərlənənlərin durumunu açıqlayıb

Onların qidadan zəhərləndiyi bildirilir

TƏBİB Ağstafada toyda zəhərlənənlərin durumunu açıqlayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 16:00

    İyunun 22-si saat 19:07-dən başlayaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) müraciət edib.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Xəstəxanaya müraciət edənlərdən 18 nəfəri evə buraxılıb, 28 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir.

    ***

    14:05

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

    Hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər görülüb.

    İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

    Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

    Araşdırmalar davam etdirilir.

    ***

    12:23

    Ağstafada toy mərasimində zəhərlənənlər xəstəxanadan evə buraxılıb.

    Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib.

    Xatırladaq ki, hadisə dünən baş verib. Şadlıq sarayların birində keçirilən toy mərasimində iştirak edənlərdən 43 nəfəri qidadan zəhərlənib. Onların arasında bəylə gəlin də var.

    ***

    09:43

    Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

    Hadisə rayonda yerləşən şadlıq sarayında qeydə alınıb.

    Belə ki, şadlıq sarayında keçirlilən toy məclisində iştirak edən 40 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Zəhərlənənlərin içərisində bəy və gəlin də olub.