Qax rayonunda qızılcaya ilk yoluxma halları müəyyən edilib
Yoluxan azyaşlılar yerli rayon xəstəxanasına yerləşdiriliblər
Qaxda qızılca xəstəliyinə ilk yoluxma qeydə alınıb.
Dekabrın 2-də rayonun Qapıçay kənd sakini 13 yaşlı Babayeva Sahibə Sirac qızı rayon xəstəxanasına yerləşdirilib. Qız 7-ci sinifdə oxuyur.
Bu gün rayonun Qarabaldır kənd sakini, 5 yaşlı Məmmədli Əbdürəhman Taleh oğlu rayon xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qızılca xəstəliyinə yoluxma halı ölkənin Şimal-qərb bölgəsində ilk dəfə sentyabr ayının ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb.
Oktyabr ayının birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyi qeydə alınıb.