XƏBƏRLƏR / Sağlamlıq

Azərbaycan Rusiya tərəfindən dağıdılmış klinikanı bərpa edib

Ukraynanın İrpen şəhərinin poliklinikası yenidən tikilərək şəhər sakinlərinin istifadəsinə verilib FOTO

Azərbaycan Rusiya tərəfindən dağıdılmış klinikanı bərpa edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Ukraynada Rusiya tərəfindən dağıdılmış klinikanı yenidən tikib.

    Azərbaycanın maliyyə dəstəyi ilə atışma zamanı dağıdılan İrpen şəhər poliklinikasının binası artıq yenidən tikilərək şəhər sakinlərinin istifadəsinə verilib. Hava hücumu ilə bağlı həyəcan siqnalı verilən zaman insanların saatlarla orada qalması üçün də lazımi şərait yaradılıb. Sığınacaq eyni anda yüzlərlə insanı qəbul edə bilər.

    Azərbaycan həmçinin İrpendə daha dörd layihəyə dəstək verəcək: Mərkəzi Mədəniyyət Evinin, tamamilə dağılmış İrpen Uşaq-Gənclər İdman Məktəbinin, İncəsənət Evinin və doqquz mərtəbəli yaşayış binasının yenidən qurulması və bərpası.