Ölkədə 5 nəfər zəhərlənmədən dünyasını dəyişib
Məlumat Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən verilib
Azərbaycanda 5 nəfər zəhərlənərək ölüb.
2024-cü ilin iyul ayında 74 nəfər zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
Mərkəzdən verilən məlumata görə, onlardan 32-si dərman preparatlarından, 22-si sirkə turşusundan, ikisi kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrdən, biri isə qidadan zəhərlənib.
Həmçinin 7 nəfər allergik reaksiya, 2 nəfər anafilaksiya, 6 nəfər isə ilan sancması ilə şöbəyə daxil olub.
Məlumatda 5 nəfərin (4 kişi, 1 qadın) sirkə turşusundan zəhərləndiyi bildirilir.