Kral III Çarlz hələ xəstəxanadadır
Monarx yaxın həftələrdə rəsmi görüşlər keçirməyəcək və tədbirlərdə iştirak etməyəcək.
Böyük Britaniya Kralı III Çarlz əməliyyat olunub. Prostat vəzinin böyüməsi səbəbindən keçirilən əməliyyatdan sonra onun sağalması təxminən bir ay çəkəcək.
Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunur ki, monarx yaxın həftələrdə rəsmi görüşlər keçirməyəcək və tədbirlərdə iştirak etməyəcək.
III Çarlz xəstəxanada qaldığı müddətdə hökumət məsələlərini həll etmək üçün hazır olacaq. Kral yalnız xəstəxanadan buraxıldıqdan sonra dövlət sənədləri ilə işləyə biləcək.