XƏBƏRLƏR / Sağlamlıq

Qarlı havada 55 nəfər xəsarət alıb YENİLƏNİR

İki nəfərə cərrahi müalicə tətbiq olunub

Qarlı havada 55 nəfər xəsarət alıb YENİLƏNİR
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:45

    Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 55 nəfər müraciət edib.

    Bu barədə nazirlikdən bildirilib.

    Məlumata görə, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, iki nəfərə cərrahi müalicə tətbiq olunub.

    ***

    12:42

    Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Bir nəfər isə hospitalizasiyadan imtina edib.

    ***

    10:34

    Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.

    Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

    İki nəfərə cərrahi müalicə tətbiq olunub.