Qarlı havada 165 nəfər xəsarət alıb YENİLƏNİB
Bu barədə Travmatologiya və Ortopediya İnstitutundan bildirilib

Qarlı havada 165 nəfər xəsarət alıb.
Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib.
Məlumata görə, hava şəraiti ilə əlaqəli olaraq indiyə qədər xəsarət alan 165 nəfər instituta müraciət edib.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.